Marneulidə qətl hadisəsi baş verib. Hələlik kimliyi naməlum olan şəxs gənc oğlana boğaz nahiyəsindən soyuq silahla xəsarət yetirib. Kişi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.
Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladıb, bu da qəsdən adam öldürməni nəzərdə tutur. İstintaq hərəkətləri aparılır. Qətlin motivi hələlik bilinmir.
Yayılmış məlumata əsasən, kişinin martın 26-da toyu olub. Toyda qarşılıqlı mübahisə nəticəsində bir nəfər yaralanıb.
Kişinin aparıldığı klinikanın yaxınlığına hazırda onun qohumları toplaşıblar.