Marneuli Munisipaliteti İkinci İlianın vəfatına görə Novruz Bayramı və Ramazan Bayramı ilə əlaqədar bütün tədbirləri ləğv edib
Marneuli Munisipaliteti İkinci İlianın vəfatına görə Novruz Bayramı və Ramazan Bayramı ilə əlaqədar bütün tədbirləri ləğv edib. Bu haqda məlumatı munisipalitet sosial şəbəkədə yayıb.
“Marneuli Munisipalitetinin Özünüidarəetməsi ümumi Gürcüstanın Katolikos-Patriarxı, İkinci İlia həzrətlərinin vəfatına görə dərin hüznünü ifadə edir və nəzərinizə çatdırır ki, Novruz Bayramı və Ramazan Bayramı ilə əlaqədar bütün tədbirləri ləğv edib” – Marneuli Munisipalitetinin Meriyası yazır.
Məlumat üçün bildirək ki, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib.