Marneuli-Bolnisi yolunda yol-nəqliyyat hadisəsi nəticəsində iki yeniyetmənin ölümü qarşıdurma ilə müşaiyət olunub
Marneuli-Bolnisi yolunda, Naxiduri kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi iki yeniyetmənin həyatını itirməsi ilə nəticələnib.
Yerli sakinlərin izahatına görə, sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolda dayanmış 15 və 16 yaşlı yeniyetmələri vurub. Hadisə nəticəsində bir yeniyetmə yerindəcə, digəri isə klinikada dünyasını dəyişib.
Hadisədən sonra avtomobilin sürücüsü, avtomobildə əyləşən şəxslər və yerli sakinlər arasında qarşıdurma baş verib. Yerli sakinlər hadisə yerinə gedən təcili tibbi yardım briqadasının həkimləri ilə də qarşıdurma yaşayıblar, onların avtomobilini aşırıblar və fiziki təzyiq göstəriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunmuşdular.
Mövcud məlumata əsasən, avtomobilin sürücüsü saxlanılıb. Hazırda hadisə yerində ekspert-kriminalistlər işləyirlər.