ABŞ dövlət katibi Marko Rubio Yerusəlimdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Marko Rubio İsraildə üç günlük səfərdədir.
ABŞ dövlət katibi Dohaya edilmiş hücumdan sonra Qəzza sektorunda mövcud vəziyyətdən çıxış yolunu necə görməsi ilə bağlı İsraildən cavab gözlədiyini bildirib.
Öz növbəsində Benyamin Netanyahu dövlət katibinin səfərini “İsrail-Amerika müttəfiqliyinin gücünün təsdiqi” kimi qiymətləndirib.
Məlumat üçün bildirək ki, İsrail Qətərdə “HƏMAS”ın rəhbərliyinə hücum edib. Hədəf Dohada yerləşən “HƏMAS” rəhbərliyinin qərargahı olub. “HƏMAS”da bildiriblər ki, hücum zamanı beşi qrup üzvü olmaqla altı nəfər həlak olub.