Marko Rubio – Vəziyyətin hərbi yolla həlli yoxdur, ruslar bütün Ukraynanı zəbt edə bilməzlər və Ukrayna üçün rusları 2014-cü ildə olduqları yerə qayıtmağa məcbur etmək çətin olacaq
ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna üçün rusları 2014-cü ildə olduqları yerə qaytarmağın çətin olacağını bildirir. Bu barədə Marko Rubio jurnalistlərə deyib.
Rubio bu müharibəni bitirmək üçün hər iki tərəfin güzəştə getməli olacağını deyib.
“Fikrimcə, hər iki tərəf başa düşməlidir ki, bu vəziyyətin hərbi yolla həlli yoxdur. Ruslar bütün Ukraynanı zəbt edə bilməzlər və aydındır ki, Ukrayna üçün istənilən ağlabatan müddətdə rusları 2014-cü ildə olduqları yerə qayıtmağa məcbur etmək çox çətin olacaq” – ABŞ-nin dövlət katibi qeyd edib.
Həmçinin, Rubio qeyd edib ki, Rusiya ilə gələcək danışıqlarda onların nəyi güzəştə getmək istədiklərini müəyyən etmək lazım gələcək.