Marko Rubio – Ukraynanın NATO-ya üzvlüyü məsələsi bu mərhələdə müzakirə olunmur, hazırda əsas məqsədimiz münaqişəni bitirməkdir

18:30, 06.10.2026

 

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi bu mərhələdə müzakirə olunmur.

Marko Rubionun Reykyavikdə mətbuat konfransında bəyan etdiyi kimi, hazırda əsas məqsəd münaqişəni bitirməkdir.

“Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, bildiyiniz kimi, bu məsələ hazırda gündəmdə deyil, çünki qərar qəbul etmək üçün konsensus, daha doğrusu isə, tam yekdillik lazımdır. Ukrayna ilə bağlı hazırda əsas məqsədimiz mümkünsə münaqişəni bitirməkdir, çünki insan itkisi həqiqətən təəssüf doğurur” – Marko Rubio bildirib.

O, Vaşinqtonun müharibənin gedişatını izlədiyini və proseslərin mənfi istiqamətdə inkişaf etdiyini bildirib.

“Biz açıq şəkildə bəyan etmişik ki, müharibənin bitməsinə hər hansı bir şəkildə töhfə verə bilsək, konstruktiv rol oynamaq istəyirik” – Rubio qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ dövlət katibi Marko Rubio bu gün İslandiyanın xarici işlər naziri ilə görüşüb.

Oxşar