Marko Rubio: Ukraynadakı müharibə danışıqlar nəticəsində əldə olunacaq razılaşma ilə başa çatacaq. Müharibə tərəflərdən birinin digərini “məhvedici” qələbəsi ilə sona çatmayacaq

10:17, 23.09.2026

ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında enerji sahəsində atəşkəs hazırda mövcud deyil.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi heç bir tərəfə fayda gətirmir.

“Bu səbəbdən müharibənin dayandırılması tamamilə məntiqlidir. Lakin təəssüf ki, xarici siyasətdə və bu kimi məsələlərdə bəzən məntiqli olan baş vermir. Buna görə də Prezident Tramp bəyan edib ki, vəziyyəti yaxşılığa doğru dəyişmək və bu iki tərəf arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün hər hansı imkan yaranacağı təqdirdə biz yenə də buna hazır olacağıq. Prezident bunu həyata keçirməyə hazırdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, – deyə ABŞ dövlət katibi bildirib.

Marko Rubio qeyd edib ki, müharibə tərəflərdən hər hansı birinin qələbəsi ilə başa çatmayacaq. Onun sözlərinə görə, münaqişə danışıqlar yolu ilə tənzimlənəcək.

“Bu müharibə gec-tez başa çatmalıdır və Ukraynadakı müharibə danışıqlar nəticəsində əldə olunacaq razılaşma ilə sona çatacaq. Müharibə tərəflərdən birinin digərinə qarşı hər hansı ‘məhvedici’ qələbəsi ilə bitməyəcək. O, danışıqlar nəticəsində əldə olunacaq razılaşma ilə başa çatacaq”, – deyə Rubio vurğulayıb.

Oxşar