Marko Rubio - Tramp Putinlə danışıqlar masasına əyləşənə qədər İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlarda sıçrayışa nail olacağımıza inanmıram
ABŞ dövlət katibi Marko Rubio İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlarda sıçrayış şansı görmür. O, bu barədə Antalyada NATO ölkələrinin xarici işlər nazirləri ilə görüşdən sonra jurnalistlərə deyib.
Rubio, Ukrayna və Rusiya arasında danışıqlarda ABŞ və Türkiyənin nümayəndələrinin iştirak edəcəyini təsdiqləyib.
“Lakin, səmimi olmaq istəyirəm: sabah baş verəcəklərlə bağlı böyük gözləntilərimizin olduğunu zənn etmirəm. Səmimi desəm, bu an üçün düşünürəm ki, tamamilə aydındır ki, sıçrayışa nail olmağın yeganə yolu prezident Tramp ilə Putin arasında danışıqlardır” – Rubio qeyd edib.
Dövlət katibi Putinin Trampla dialoqa hazır olduğuna dair inamını bildirib. Həmçinin, Rubio birbaşa Rusiya nümayəndə heyətinin səviyyəsinə işarə edərək bunun sıçrayışdan xəbər vermədiyini deyib.
“Səmimi desəm, prezident Tramp Putinlə danışıqlar masasına əyləşənə və gələcəklə bağlı niyyətlərinin nə olduğunu müəyyən edənə qədər sıçrayışa nail olacağımıza inanmıram” – dövlət katibi qeyd edib.