Marko Rubio - Tramp müharibənin tam dayandırılması haqqında danışıqlar üçün yer yaranması məqsədilə Rusiya və Ukrayna arasında döyüş əməliyyatlarının müəyyən dərəcədə dayandırılmasına nail olacağına ümid edir
Tramp müharibənin tam dayandırılması haqqında danışıqlar üçün yer yaranması məqsədilə Rusiya və Ukrayna arasında döyüş əməliyyatlarının müəyyən dərəcədə dayandırılmasına nail olacağına ümid edir – bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
O, ABŞ-nin irəliləyişə ümid etdiyini bildirib.
“Bu müharibələr nə qədər uzun davam edərsə, onları bitirmək bir o qədər çətin olur. Döyüş əməliyyatlarının uzanması danışıqlarda hansı tərəfin daha çox “vasitə”yə sahib olacağına təsir göstərir. Bu, uzanan döyüş əməliyyatlarının reallığıdır, bu səbəbdən atəşkəs belə kritik əhəmiyyət daşıyır. Sülhə nail olmaq üçün düşünürəm hamımız etiraf edirik ki, təhlükəsizlik təminatları barədə nəsə danışıq aparmaq lazım olacaq, ərazi mübahisələri, iddialar və onların nə uğrunda mübarizə apardıqları barədə nəsə danışıq aparmaq lazım olacaq” – Rubio bildirib.
ABŞ dövlət katibi bildirib ki, Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olmaq üçün həm Rusiya, həm də Ukraynanın razılığı lazımdır.
Bununla yanaşı, Rubio qeyd edib ki, görüşə hazırlıq “çox sürətlə gedir, çünki bu, çox sürətlə təşkil edilib”.
“Sabah hadisələrin necə inkişaf edəcəyini görək” – Rubio bildirib.