Marko Rubio - Tramp administrasiyası şəraitində Venesuela kimi bir ölkənin yarımkürəmizdə mövcud olmasına icazə verməyəcəyik, bu, sadəcə olaraq baş verməyəcək
Tramp administrasiyası şəraitində, bu ölkədə, eləcə də dünyada “Hizbullah”, İran və istənilən digər zərərli təsir üçün nəzarət zonası və kəsişmə nöqtəsi olacaq Venesuela kimi bir ölkənin yarımkürəmizdə mövcud olmasına icazə verməyəcəyik. Bu, sadəcə olaraq baş verməyəcək – bu haqda ABŞ dövlət katibi Marko Rubio “CBS”ə müsahibəsində deyib.
ABŞ tərəfindən Venesuelanın işğal edilməsi planının olub-olmaması ilə bağlı suala, Rubio Prezident Trampın hər zaman istənilən, bütün məsələlərlə bağlı seçim etmək hüququna malik olduğunu və vəziyyətdən asılı olaraq hərəkət edəcəyini bildirib.
Bununla yanaşı, Rubio qeyd edib ki, Nikolas Maduro rejimi tamamilə neft ticarətindən asılı idi, lakin əhali bundan fayda görmürdü.
“Bu rejimin üzərində dayandığı hər şeyin açarı neftlə təchiz edilən iqtisadiyyat idi. Lakin neftdən gələn vəsait xalqa xərclənmirdi, onu tamamilə yuxarıdakı insanlar oğurlayırdılar” – Rubio bildirib.
Rubio həmçinin qeyd edib ki, Qərb yarımkürəsində Venesuela İran və “Hizbullah”a yaxınlaşan ölkə idi və narkotik alveri edən dəstələr ilə əməkdaşlıq edirdi, bununla yanaşı, o, qruplaşmalara narkotik yüklü qayıqların öz ərazisindən hərəkət etməsinə icazə verirdi.