Marko Rubio - Təəssüf ki, dünya zərər gördü, çünki Hörmüz boğazında ticarət gəmilərinə hücum etməklə İran bütün məlum qanunları pozur, bu terrorizmin sponsoru olan dövlətdir
ABŞ dövlət katibi Marko Rubio bildirir ki, İran Hörmüz boğazında ticarət gəmilərinə hücum etməklə dünyaya zərər vurub.
O, İranın bununla qanunları pozduğunu deyir.
“Təəssüf ki, bütün dünya zərər gördü, çünki Hörmüz boğazında ticarət gəmilərinə hücum etməklə İran bütün məlum qanunları pozur. İran qanunlara, qaydalara və ya bu kimi şeylərə inanmayan rejimdir. Bu, terrorizmin sponsoru olan dövlətdir” – Rubio qeyd edib.