Marko Rubio Səudiyyə Ərəbistanına gedib

14:20, 17.02.2025

 
ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına gedib. ABŞ nümayəndə heyətinin tərkibinə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və Ağ Evin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkof daxildir.

ABŞ nümayəndə heyəti Ukraynada müharibəni bitirmək üçün Rusiya nümayəndə heyəti ilə ehtimal ki, fevralın 18-də görüşəcək.

ABŞ-nin Prezidenti Donald Tramp ötən həftə Rusiya Prezidenti Vladimer Putinlə telefonla danışıb və administrasiyasının üzvlərinə müharibə məsələləri ilə bağlı danışıqlara başlamağı tapşırıb. Səudiyyə Ərəbistanı mediasının məlumatına əsasən, Ər-Riyad keçən həftə ABŞ və Rusiya arasında məhbus mübadiləsi məsələsində təmasların təmin edilməsində öz rolunu oynayıb.

Oxşar