Marko Rubio - Ruslar atəşkəsə nail olmaq üçün tələb edəcəkləri şərtləri təqdim etməyi planlaşdırırlar, bunu gözləyirik və Putinin niyyətlərinə dair daha yaxşı təsəvvürümüz olacaq
Marko Rubio - Ruslar atəşkəsə nail olmaq üçün tələb edəcəkləri şərtləri təqdim etməyi planlaşdırırlar, bunu gözləyirik və Putinin niyyətlərinə dair daha yaxşı təsəvvürümüz olacaq

 

Rusiya “Ukrayna ilə atəşkəsə nail olmaq üçün onlara lazım olan şərtləri” təqdim edəcəyinə dair ABŞ-a söz verib – bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı bildirib.

“Bildiyimiz qədərilə, ruslar atəşkəsə nail olmaq üçün tələb edəcəkləri şərtləri təqdim etməyi planlaşdırırlar, bu isə bizə sonradan daha geniş danışıqlar aparmağa imkan verəcək. Biz bu şərtləri gözləyirik və bu şərtlərin necə olduğunu görəndə Putinin niyyətlərinə dair daha yaxşı təsəvvürümüz olacaq” – Rubio bildirib.