Marko Rubio - Rusiya və Ukraynanın sürətli və dayanıqlı sülh yolu ilə nizamlanma məqsədi ilə yaxşı niyyətlə danışıqlara başlaması üçün Avropanın liderliyi kritik əhəmiyyət kəsb edir
Marko Rubio - Rusiya və Ukraynanın sürətli və dayanıqlı sülh yolu ilə nizamlanma məqsədi ilə yaxşı niyyətlə danışıqlara başlaması üçün Avropanın liderliyi kritik əhəmiyyət kəsb edir

 

ABŞ dövlət katibi Marko Rubio Ukrayna böhranının tənzimlənməsi üçün Avropanın rolundan danışıb.

ABŞ-nin xarici işlər orqanının rəhbəri Antalyada Fransa, Almaniya, İtaliya və Britaniyanın xarici işlər nazirləri ilə görüşüb və qeyd edib ki, Rusiya və Ukraynanın sürətli və dayanıqlı sülh yolu ilə nizamlanma məqsədi ilə yaxşı niyyətlə danışıqlara başlaması üçün Avropanın liderliyi kritik əhəmiyyət kəsb edir.

ABŞ Dövlət Departamentinin bəyanatına əsasən, ABŞ dövlət katibi “Prezident Trampın Ukraynadakı mənasız qan axıdılmasını dayandırmaq üçün göstərdiyi cəhdlər barədə avropalı nazirlərə məlumat verib”.

Bəyanata əsasən, dövlət katibi və xarici işlər nazirləri NATO-nun yükünün paylaşılması və Avropanın müdafiə xərclərinin artırılmasının təcili zəruriliyi haqqında razılaşdılar.

Katib Rubio xüsusilə qeyd edib ki, ABŞ-nin hərbi şirkətləri transatlantik sənaye bazasının ayrılmaz hissəsidir və onlar, Avropanın silahlanma cəhdlərində kənarda qoyulmamalıdır.