Marko Rubio Respublika Partiyasının aralıq seçkilərində məğlubiyyətinin Donald Trampın xarici siyasət yanaşmasına təsir etməyəcəyini bildirir
ABŞ dövlət katibi Marko Rubio Respublika Partiyasının aralıq seçkilərində məğlubiyyətinin Donald Trampın xarici siyasət yanaşmasına təsir etməyəcəyini bildirir.
Medianın məlumatına əsasən, Rubio “Böyük Yeddilik” ölkələrindən olan həmkarları ilə danışıqlardan sonra jurnalistlərə müsahibəsində bildirib ki, prezident Donald Tramp ABŞ-nin siyasətini öz istədiyi kimi müəyyənləşdirir.
O, Trampın İranla, eləcə də Rusiya və Ukrayna arasındakı münaqişələrin bitirilməsinə sadiq olduğunu, lakin ABŞ-nin qlobal meydanda “Öncə Amerika” yanaşmasını qoruyub saxlayacağını bildirib.
“Konqres xarici siyasətimizdə, xüsusən də maliyyələşdirmə və nəzarət məsələlərində mühüm rol oynayır, lakin xarici siyasətin əsas müəyyənedicisi hər zaman prezident olub və belə də qalacaq“ – Marko Rubio açıqlayıb.