Marko Rubio – Qəzza sektorunda olan bütün girovlar azad olunana qədər yorulmadan çalışacağam

11:09, 23.01.2025

 
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio İsrailin Baş naziri ilə danışıb.

Marko Rubio telefon danışığı zamanı Amerika Birləşmiş Ştatlarının İsrailə dəstəyini vurğulayıb.

Dövlət katibi Benyamin Netanyahunu “HƏMAS” və “Hizbullah”a qarşı əldə etdiyi uğura görə təbrik edib və Qəzza sektorunda olan bütün girovlar azad olunana qədər yorulmadan çalışacağını qeyd edib.

Oxşar