Marko Rubio, Putini müharibə cinayətkarı hesab edib-etmədiyi sualına birbaşa cavab verməkdən çəkinib və qeyd edib ki, indi əsas vəzifə müharibəni bitirməkdir
Marko Rubio, Putini müharibə cinayətkarı hesab edib-etmədiyi sualına birbaşa cavab verməkdən çəkinib və qeyd edib ki, indi əsas vəzifə müharibəni bitirməkdir

 

Bəli, Rusiya Ukraynaya daxil oldu – Senatın Xarici Əlaqələr Komitəsində dinləmədə iştirak edən ABŞ dövlət katibi senator Kitinqin “Ukrayna müharibəsində Rusiyanın təcavüzkar olub-olmaması?” sualına belə cavab verib.

Xüsusilə, senator qeyd edib: “Bu məsələyə aydınlıq gətirmək vacibdir, çünki prezident Tramp bu müharibəni Ukraynanın başlatdığını dedi. Bizim müttəfiqlərimizin bunu bilməyə haqqı var”.

“Bəli, Rusiya Ukraynaya daxil oldu” – Rubio dedi. “Yəni, onlar bu müharibədə təcavüzkardırlar, elə deyilmi?” – Senator Kitinq sualı dəqiqləşdirib.

“Onlar ora daxil oldular, bəli” – Rubio cavab verib.

Senator həmçinin Marko Rubionun Vladimer Putini müharibə cinayətkarı hesab edib-etmədiyi və ABŞ-nin hərbi cinayətkarla danışıqlar aparıb-aparmadığını dəqiqləşdirmək istəyib, lakin Rubio suala birbaşa cavab verməkdən çəkinib və qeyd edib ki, indi onların əsas vəzifəsi müharibəni bitirməkdir.

Bu, senatorla dövlət katibi arasında mübahisəyə səbəb olub. Marko Rubio bildirib ki, bu müharibədə hərbi cinayətlər baş verib və onlar araşdırılacaq və günahkarlar məsuliyyətə cəlb ediləcək, lakin müharibə davam etdiyi üçün hərbi cinayətlər yenə baş verir və hər gün insanlar ölür. Senator Rubioya xatırladıb ki, illər əvvəl dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson dinləmələrdə olarkən və Rubionun özü konqresmen kimi ona suallar verəndə Putini müharibə cinayətkarı hesab edirdi.