Marko Rubio – NATO təhlükədə deyil, onu təhlükəyə atan yeganə şey odur ki, bizim praktiki olaraq hərbi qüvvəsi olmayan və ya elə də çox bacarıqlı olmayan müttəfiqlərimiz var
ABŞ-nin dövlət katibi Marko Rubio NATO-nun təhlükədə olduğunu hesab etmir, lakin onun fikrincə, müdafiəyə kifayət qədər vəsait ayırmayan müttəfiqlər alyans üçün təhlükə yardırlar. Rubio bu haqda “Fox News”a müsahibəsində açıqlayıb.
“NATO təhlükədə deyil. NATO-nu təhlükəyə atan yeganə şey praktiki olaraq heç bir hərbi qüvvəsi olmayan və ya hərbi qüvvələri elə də çox bacarıqlı olmayan NATO müttəfiqlərimizin olması faktıdır, çünki 40 il boyunca buna heç bir pul xərcləməyiblər” – o deyib.
Rubio bildirib ki, xüsusilə Qərbi Avropanın zəngin ölkələrindən söz gedir.
“Onların çoxlu pulu var. Onlar öz milli təhlükəsizliklərinə sərmayə qoymalıdırlar, lakin bunu etmirlər. İqtisadiyyatının 1,5 faizini, bir faizini xərcləyən ölkələr var və biz bunu subsidiya etməyə davam edə bilmərik. Bu, ədalətsiz və həyat qabiliyyətinə malik deyil” – ABŞ dövlət katibi deyib.
“NATO-nu təhlükəyə atan – bəzi hallarda bizim müttəfiqlərimizin olmamasıdır. İndi başqaları bunu etdi. Polşa, Çexiya – bunu edən bir çox ölkə var, lakin bəziləri bunu etməyib. Bunlar zəngin ölkələrdir – Almaniya, Fransa. Biz bunu bilirik. Beləliklə, bu düzəldilməlidir” – Rubio əlavə edib.