Marko Rubio - NATO-nun daha güclü olması üçün ABŞ-nin tərəfdaşları da daha güclü olmalıdırlar, düşünürəm ki, tarazlığı bərpa etmək lazımdır və ümid edirəm ki, əməkdaşlıq edəcəyik
Marko Rubio - NATO-nun daha güclü olması üçün ABŞ-nin tərəfdaşları da daha güclü olmalıdırlar, düşünürəm ki, tarazlığı bərpa etmək lazımdır və ümid edirəm ki, əməkdaşlıq edəcəyik

 

ABŞ dövlət katibi Marko Rubio NATO-nun “yenidən balanslaşdırılması”nın lazım olduğunu bildirir.

Onun sözlərinə əsasən, Şimali Atlantika Alyansını gücləndirmək üçün ABŞ-nin tərəfdaşları da güclü olmalıdırlar.

“NATO-nun daha güclü olması üçün tərəfdaşlarımız da daha güclü olmalıdırlar. NATO-dakı müttəfiqlərimizə izah etdiyimiz şeylərdən biri də ABŞ-nin yalnız Avropaya diqqət yetirməməsidir. Qərb yarımkürəsində, Hind-Sakit Okean bölgəsində müdafiə ehtiyaclarımız var. Dünyanın ən zəngin ölkəsi ola bilərik, lakin limitsiz resurslarımız yoxdur” – Rubio qeyd edib.

Bununla yanaşı, o, Vaşinqtonun müttəfiqlərini daha cəsarətli addımlar atmağa çağırdı.

“Düşünürəm ki, tarazlığı bərpa etmək lazımdır və ümid edirəm ki, əməkdaşlıq edəcəyik” – Rubio bildirib.