Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çin Xarici İşlər Naziri Vanq İlə Görüşüb
Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çin Xarici İşlər Naziri Vanq İlə Görüşüb

ABŞ Dövlət Katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çin Xarici İşlər Naziri Vanq İlə görüşüb. Bu barədə məlumatı “Reuters” yayıb.

Mediya qeyd edir ki, tərəflərin müzakirə etdikləri mövzular məlum deyil, çünki onlar jurnalistlərə açıqlama verməyiblər.

“Vaşinqton və Pekin ticarət və tarif qarşıdurmaları, həmçinin Tayvanın gələcəyi ilə bağlı gərginliyi azaltmağa çalışırdılar,” – deyə “Reuters” bildirir.

Çin mediası da görüşlə bağlı açıqlama yayıb.

“Tərəflər razılığa gəliblər ki, iki dövlət başçısının əldə etdiyi mühüm konsensusun icrasını birgə həyata keçirəcəklər və 2026-cı il Çin ilə ABŞ arasında qarşılıqlı hörmət, sülh içində mövcudluq və ikitərəfli faydalı əməkdaşlıq ili olacaq,” – deyə Çin media qurumu yazır.