Marko Rubio Macarıstana gəlib
Marko Rubio Macarıstana gəlib

Slovakiyaya səfərindən sonra ABŞ dövlət katibi Marko Rubio Macarıstana gəlib.

Marko Rubio bazar günü axşam Budapeştə enib, bu gün isə Macarıstanın baş naziri Viktor Orban ilə görüşəcək.

Viktor Orban sosial şəbəkədə ABŞ dövlət katibinin Budapeşt hava limanında çəkilmiş fotosunu “Cənab dövlət katibi, Budapeştə xoş gəlmisiniz” başlığı ilə paylaşıb.

Bununla yanaşı, Budapeştdəki ABŞ səfirliyinin missiya rəhbərinin müavini Caroline Savage Rubionun səfərini ABŞ və Macarıstan arasında münasibətlər üçün “tarixi” adlandırıb və tərəflərin enerji və iqtisadi əməkdaşlığı müzakirə edəcəyini qeyd edib.