Marko Rubio - Kuba böyük problemlər içindədir, çünki, təəssüf ki, ölkəni bacarıqsız kommunistlər qrupu idarə edir
Marko Rubio - Kuba böyük problemlər içindədir, çünki, təəssüf ki, ölkəni bacarıqsız kommunistlər qrupu idarə edir

 

ABŞ-nin dövlət katibi Marko Rubionun bəyanatına əsasən, ölkəni “bacarıqsız kommunistlər” idarə etdiyi üçün “Kubanın problemləri var”.

Rubionun qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatlarından 90 mil məsafədə “uğursuz” dövlətin mövcudluğu ABŞ-nin milli təhlükəsizliyinə təhlükə yaradır. Lakin o, ABŞ-nin Kuba ilə bağlı nə etmək niyyətində olduğunu dəqiqləşdirməyib.

“Kuba böyük problemlər içindədir, çünki, təəssüf ki, ölkəni bacarıqsız kommunistlər qrupu idarə edir. Kommunist olmaq pisdir. Bacarıqsız kommunist olmaq isə ən pisidir. Ölkəni, iqtisadiyyatın təxminən 70%-nə nəzarət edən GAESA adlı şirkət praktiki olaraq, ələ keçirib. Bu şirkətin pullarından heç nə Kuba xalqına kömək etmək üçün getmir. Ümumiyyətlə heç nə. Buna görə də onlarla bu mövzuda danışacağıq. Bu məsələ üzərində işləyəcəyik. Biz Kuba xalqı üçün yaxşı nəticənin olmasını istəyirik və ümid edirəm ki, belə də olacaq. Bu, zəruridir, çünki ölkə bizim sahildən cəmi 90 mil (144 km) məsafədə yerləşir və sahilimizdən 90 mil uzaqlıqda uğursuz dövlətin olması ABŞ-nin milli təhlükəsizliyinə təhlükə yaradır” – Marko Rubio bildirib.