Marko Rubio İtaliyaya səfər edib, burada o, Roma Papası ilə görüşəcək
ABŞ dövlət katibi Marko Rubio İtaliyaya səfər edib. Səfər çərçivəsində o, Roma Papası XIV Leo ilə görüşəcək.
Daha sonra Marko Rubio Vatikanın dövlət katibi kardinal Pyetro Parolin ilə danışıqlar aparacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ay İtaliyanın baş naziri Corcia Melonini açıq şəkildə tənqid etmişdi. Onun tənqid hədəflərindən biri də Roma Papası olmuşdu.
ABŞ prezidenti bildirmişdi ki, “Roma Papası cinayətkarlığa qarşı zəifdir, xarici siyasətdə isə dəhşətlidir”. O, həmçinin ABŞ prezidentini tənqid edən papanı istəmədiyini söyləmişdi.
Buna cavab olaraq Roma Papası bildirib ki, ABŞ prezidentinin administrasiyasından qorxmur və müharibəyə qarşı fəal çıxışlarını davam etdirəcək.