Marko Rubio – İsrail silahı özü ala biləcək qədər varlıdır, Tramp hərbi yardımın mümkün qədər tez dayandırılmasını istəyir

16:40, 10.11.2026

 

İsrail silahı özü satın ala biləcək qədər varlıdır. Tramp hərbi yardımın mümkün qədər tez dayandırılmasını istəyir – bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio açıqlayıb.

Marko Rubionun sözlərinə əsasən, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İsrail Amerikanın hərbi yardımından asılı olmadan silah satın almaq üçün “kifayət qədər çiçəklənən və varlıdır”.

“Bu məsələni Anlaşma Memorandumuna dair danışıqlar prosesində nəzərdən keçirəcəyik. Lakin prezidentin gözləntisi belədir: İsrail bu gün artıq o qədər çiçəklənən və varlı ölkədir ki, silahı özü də ala bilər. Onlar silahı bizdən ala bilərlər, lakin onun maliyyələşdirilməsini biz təmin etməməliyik” – Marko Rubio qeyd edib.

ABŞ-nin dövlət katibi, İsrailin istəsə ilin sonuna qədər yardımdan tamamilə imtina edə biləcəyini deyib.

“Yeri gəlmişkən, onlar özləri də silah istehsal edirlər, buna görə də Anlaşma Memorandumu müəyyən növ birgə istehsalı da nəzərdə tuta bilər” – Rubio açıqlayıb.

Oxşar