Marko Rubio – İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın keçirilməsinə ehtiyac yoxdur
ABŞ-nin dövlət katibi Marko Rubionun bəyanatına əsasən, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar və dəniz blokadası o qədər səmərəlidir ki, prezident Donald Trampın Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsinə artıq ehtiyac qalmayıb.
O, İrana iqtisadi təzyiqin hər gün artdığını və ölkəyə getdikcə daha böyük zərər vurduğunu bildirib. Rubio, Yaxın Şərq regionunda ABŞ-nin müttəfiqlərinin də bu qiymətləndirməni bölüşdüyünü deyib.
“İrana göstərilən iqtisadi təzyiq misilsizdir və onun nəticələri getdikcə ağırlaşır. Bu təzyiq hər gün artır. Eyni məqsədə iqtisadi vasitələrlə və iqtisadi təzyiqlə nail oluruqsa, hərbi zərbələrin endirilməsinə ehtiyac yoxdur. Bu, çıxılmaz vəziyyət deyil” – Rubio qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti bəyan etmişdi ki, Amerika “döyüş hazırlığı vəziyyətindədir”, lakin əlavə zərbələrin endirilməsinə ehtiyac “az ehtimal olunandır”.