Marko Rubio – İran rejiminin nüvə silahına malik olmasına heç vaxt icazə verilməməlidir, bu, Donald Trampın prezidentliyi dövründə baş verməyəcək
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Donald Trampın prezidentliyi dövründə İran nüvə silahına malik olmayacaq.
Marko Rubio bunu Ketrin Herriclə müsahibəsində deyib.
Marko Rubionun sözlərinə görə, Donald Tramp administrasiyası İrana qarşı maksimum təzyiq rejiminə qayıtmağa çalışır.
“Mən açıq şəkildə bildirmək istəyirəm ki, İran rejiminin dünyanı girov saxlayacaq və İsrailə potensial hücum edə biləcək nüvə silahına malik olmasına heç vaxt icazə verilməməlidir”. – deyə dövlət katibi bildirib.
Marko Rubio qeyd edib ki, ABŞ İran rejiminə son qoymaq istəsəydi, bu, indiyə qədər baş vermişdi.
“Ancaq prezident sülhpərvərdir”. Bundan qaçmağı və belə halların yaranmasına imkan verməməyi üstün tuturdu. “Ancaq Donald Trampın dövründə İran nüvə olmayacaq”. – Marko Rubio qeyd edib.