Marko Rubio – İndiyə qədər ukraynalılar və onların müttəfiqlərinin planı belə idi, gəlin onlara nə qədər lazımdırsa, verməyə davam edək, bu strategiya deyil

11:45, 06.03.2025

 
ABŞ-nin dövlət katibi Marko Rubio bildirir ki, heç kimin Ukraynada müharibəni bitirmək ideyası və ya planı yoxdur.

Bu barədə o, “Fox News”a müsahibəsində deyib.

Dövlət katibinin qeyd etdiyi kimi, indiyə qədər ukraynalılar və onların müttəfiqlərinin planı belə idi, gəlin onlara nə qədər lazımdırsa, verməyə davam edək. Marko Rubio bunun strategiya olmadığını bildirib.

“Prezident Tramp bunu uzanmış, dalana dirənmiş münaqişə kimi qiymətləndirir, açığını desək, bu, nüvə gücləri arasında, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında, ABŞ-nin Ukraynaya yardım etdiyi vəkalət müharibəsidir, bu müharibə bitməlidir. Heç kimin onu bitirmək ideyası və ya planı yoxdur. İndiyə qədər ukraynalılar və onların müttəfiqlərinin planı belə idi, gəlin sadəcə olaraq onlara nə qədər lazımdırsa, verməyə davam edək. Bu, strategiya deyil” – Marko Rubio bildirib.

Dövlət katibinin qeyd etdiyi kimi, Donald Tramp sülhə gedən yolun olub-olmadığını aydınlaşdırmağa çalışır.

O bildirib ki, bu hər iki tərəfdən güzəştlər tələb edəcək.

“Hər iki tərəfi danışıqlar masasına oturtmalıyıq. Aydındır ki, ukraynalılar orada olmalıdırlar. Bu onların ölkəsidir. Ruslar danışıqlar masası arxasında olmalıdırlar və bunu yalnız prezident Tramp edə bilər. Məqsəd bu idi, məqsəd olaraq qalır və biz indi diqqətimizi buna yönəltmişik” – Marko Rubio bildirib.

Oxşar