Marko Rubio - Hindistan və Pakistan arasında mövcud vəziyyəti diqqətlə izləyirəm, sülh yolu ilə həll üçün hər iki ölkənin rəhbərliyi ilə əməkdaşlığı davam etdirəcəyəm
Marko Rubio - Hindistan və Pakistan arasında mövcud vəziyyəti diqqətlə izləyirəm, sülh yolu ilə həll üçün hər iki ölkənin rəhbərliyi ilə əməkdaşlığı davam etdirəcəyəm

 

 

Hindistan və Pakistan arasında mövcud vəziyyəti diqqətlə izləyirəm – bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə yazır.

Rubionun qeyd etdiyi kimi, sülh yolu ilə həll üçün hər iki ölkənin rəhbərliyi ilə əməkdaşlığı davam etdirəcək.

“ABŞ Prezidenti Donald Trampın bu gün verdiyi bəyanatı təkrarlayıram ki, ümid edirəm, bu, tez bir zamanda bitəcək. Mən sülh yolu ilə həll istiqamətində Hindistan və Pakistanın rəhbərliyi ilə əməkdaşlığı davam etdirəcəyəm” – Rubio yazır.