Marko Rubio – “HƏMAS” Qəzza əhalisi üçün nəzərdə tutulan humanitar yardımı əlindən almağa davam edir, onlar silahı yerə qoymalı və qarəti dayandırmalıdırlar ki, Qəzzanın daha yaxşı gələcəyi olsun
Marko Rubio – “HƏMAS” Qəzza əhalisi üçün nəzərdə tutulan humanitar yardımı əlindən almağa davam edir, onlar silahı yerə qoymalı və qarəti dayandırmalıdırlar ki, Qəzzanın daha yaxşı gələcəyi olsun

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, “Həmas” qruplaşması Qəzzada dinc əhali üçün nəzərdə tutulmuş humanitar yardımı mənimsəməyə davam edir.

Onun sözlərinə görə, atəşkəs razılaşması qüvvəyə mindikdən sonra belə, qruplaşma öhdəliyi pozur və Qəzza zolağına daxil olan beynəlxalq humanitar yük karvanlarını yenidən ələ keçirir.

Bundan əlavə, Marko Rubio ABŞ Mərkəzi Komandanlığı tərəfindən yayımlanmış dron görüntülərini təqdim edir. Həmin kadrlarda, iddiaya görə, “Hamas” üzvlərinin Qəzzanın şimalında humanitar yardım daşıyan yük maşınını nəzarətə aldığı görünür.

“‘Həmas’ Qəzza əhalisi üçün çox vacib olan humanitar yardımı əlindən almağa davam edir. Bu oğurluq günahsız dinc əhaliyə kritik yardımın göstərilməsini nəzərdə tutan Prezident Trampın 20 maddəlik planını dəstəkləmək üçün beynəlxalq səyləri zəiflədir. ‘Həmas’ maneədir. Onlar silahı yerə qoymalı və qarəti dayandırmalıdırlar ki, Qəzzanın daha yaxşı gələcəyi olsun,” – deyə Rubio yazır.