Marko Rubio guya Tramp administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir ayrılığı olduğuna dair mediada yayılan məlumatı təkzib edir
Marko Rubio guya Tramp administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir ayrılığı olduğuna dair mediada yayılan məlumatı təkzib edir

 

ABŞ dövlət katibi Tramp administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir ayrılığı olduğuna dair mediada yayılan məlumatı təkzib edir. Bu haqda Marko Rubio sosial şəbəkədə yazır.

Rubionun bu bəyanatı ABŞ Prezident Administrasiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikrin iki yerə bölündüyü, bir tərəfin istənilən növ sülhü dəstəkləyən Rusiyayönümlü olduğu, digərinin isə Ukraynayönümlü olduğu ilə bağlı “NBC News” tərəfindən yayılmış məqaləyə aid olub.

“Bu, Tramp administrasiyasında Ukraynada müharibənin necə bitməsi ilə bağlı nifaq olduğunu iddia edən uzun müddətdir davam edən 100% saxta xəbərlər seriyasının ən son nümunəsidir. Bu insanlar nələrisə nəinki səhv başa düşürlər, həm də uydururlar” – Rubio yazır.