Marko Rubio gələn həftə Danimarka və Qrenlandiyanın liderləri ilə görüşəcəyini bildirir
Marko Rubio gələn həftə Danimarka və Qrenlandiyanın liderləri ilə görüşəcəyini bildirir

 

ABŞ dövlət katibi Marko Rubio gələn həftə Danimarka və Qrenlandiyanın liderləri ilə görüşəcəyini bildirir.

Jurnalistlərin ABŞ-nin Qrenlandiyanı ələ keçirməyi düşünüb-düşünmədiyinə dair sualına Rubio Danimarka və Qrenlandiyanın liderləri ilə görüşdükdən sonra bu haqda bəyanat verəcəyini bildirib.

Həmçinin, Rubio Venesuela haqqında danışıb və ABŞ-nin Venesuela hökuməti üzərində “böyük nəzarəti”nin olduğunu qeyd edib.

“Əsas məsələ odur ki, hazırda müvəqqəti hakimiyyətin nümayəndələrinin nə etdiyi və nə edə biləcəyi üzərində böyük nəzarət və təsir gücünə malik olduğumuz proses var. Lakin, aydındır ki, bu, keçid prosesi olacaq” – Rubio bildirib.

O bildirib ki, uzunmüddətli perspektivdə Venesuela xalqı öz taleyinə özü qərar verməlidir.

“Nəticə etibarilə, ölkələrinin transformasiyası Venesuela xalqından asılı olacaq. Başa düşürəm ki, hazırda yaşadığımız dövrdə və cəmiyyətdə hər kəs ani nəticələr istəyir. Onlar bunun bir gecədə baş verməsini istəyirlər. Bu, belə işləməyəcək, lakin yeni razılaşma ilə artıq müəyyən irəliləyiş görürük” – Rubio bildirib.