Marko Rubio – qarşıdakı bir neçə həftə ərzində Rusiya-Ukrayna danışıqlarını yenidən başlada və bu müharibəni başa çatdıra biləcəyimizi müəyyənləşdirməyə yönəlmiş konkret səylərin şahidi olacaqsınız

12:08, 01.08.2026

ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, qarşıdakı bir neçə həftə ərzində Rusiya və Ukrayna arasında danışıqların yenidən bərpa olunmasının və bu müharibənin başa çatdırılmasının mümkün olub-olmadığını müəyyənləşdirməyə yönəlmiş konkret səylər görəcəksiniz.
Onun sözlərinə görə, yaxın dövrdə məqsədi Rusiya-Ukrayna müharibəsinə son qoymaq olan diplomatik səylər daha da intensivləşəcək.
Bununla yanaşı, ABŞ dövlət katibi qeyd edib ki, prosesin uğurla nəticələnəcəyinə zəmanət yoxdur.
“Biz başa düşürük ki, hər iki tərəfin kifayət qədər aydın ‘qırmızı xətləri’ var. Bu ‘qırmızı xətləri’ müəyyən qədər yaxınlaşdıra bilməyincə, arzu olunan nəticəyə nail ola bilməyəcəyik”, – deyə Rubio bildirib.
Medianın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Ukraynanın Müstəqillik Günü qeyd edilən dövrdə Kiyevə səfər edəcəkləri ehtimal olunur.

Oxşar