Marko Rubio “Fox News”un efirinə alnında küllə çəkilmiş xaç işarəsi ilə qoşulub

15:13, 06.03.2025

 
ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News”un efirinə alnında küllə çəkilmiş xaç işarəsi ilə qoşulub.

Katolik dünyasında alına küllə çəkilmiş xaç işarəsi ilə Böyük Orucun başlanğıcını qeyd edirlər. Kül xaçının çəkilməsi adətən Böyük Oruc başlamazdan əvvəl, çərşənbə liturgiyasında baş verir. Katoliklər bu günü Kül Çərşənbəsi adlandırırlar.

Küllə çəkilmiş xaç tövbə əlamətidir. Ənənəyə görə, katolik möminin alnına küllə xaçı keşiş çəkir.

Oxşar