Marko Rubio – Ər-Riyadda rus rəsmilər ilə görüş Ukraynadakı müharibənin ədalətli və davamlı sona çatması məqsədi ilə uzun və çətin yolun ilk addımı idi
ABŞ dövlət katibi Marko Rubio ABŞ və Rusiya arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra bildirib ki, münaqişədə iştirak edən bütün tərəflər münaqişənin bitməsi ilə razılaşmalıdır.
Rubio bildirib ki, Ər-Riyadda rus rəsmilər ilə görüş Ukraynadakı müharibənin ədalətli və davamlı sona çatması məqsədi ilə uzun və çətin yolun ilk addımı idi.
Həmçinin, Rubio deyib ki, Avropa İttifaqı müəyyən məqamda danışıqlara qoşulmalıdır və heç kim kənarda qalmamalıdır.