Marko Rubio – Əbu-Dabidə keçirilən danışıqlar məhsuldar oldu, aydındır ki, qarşıda çox iş var, məqsədimiz avropalıların da danışıqlar masasında təmsil olunmasıdır
ABŞ-nin dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Əbu-Dabidə keçirilən danışıqlar çox məhsuldar olub.
O, bir gündə razılaşmaya nail olmağın imkansız olduğunu bildirib.
“Aydındır ki, qarşıda hələ çox iş var. Bu, növbəti 24 saat ərzində həll olunması gözlənilən məsələ deyil” – ABŞ-nin dövlət katibi açıqlayıb.
Bununla yanaşı, Marko Rubio yekunda danışıqlara Avropanın da cəlb olunmasının vacib olduğunu bildirib.
“Məqsədimiz üçtərəfli formatı genişləndirməkdir ki, danışıqlar masasında yalnız ABŞ, Ukrayna və Rusiya deyil, həm də avropalılar təmsil olunsunlar” – Rubio qeyd edib.
Əbu-Dabidə olan rus danışıqçıların müharibənin başa çatması məsələsinə nə dərəcədə ciddi yanaşdıqları barədə suala Rubio belə cavab verib: “Məhz bunu yoxlayırıq”.