Marko Rubio – Dünya bir-biri ilə əlaqəli iqtisadi və geosiyasi böhranlarla üz-üzədir
ABŞ dövlət katibi Marko Rubio “Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin plenar sessiyasında dünyanın kritik məqamda olduğunu bildirib.
O, dünyanın bir-biri ilə əlaqəli iqtisadi və geosiyasi böhranlarla üz-üzə qaldığını qeyd edib.
“Bu böhranların böyük hissəsi qlobal iqtisadi qaydanın əsas təməllərinə — enerji və ərzaq təchizatına, ərzaq bazarlarına, qlobal tədarük zəncirinə, ticarətə və gəmiçilik azadlığına ciddi təhlükə yaradır” – Rubio qeyd edib.
Marko Rubionun bəyanatına əsasən, “Böyük İyirmiliy”in üzvləri birgə bu təhlükələrin öhdəsindən gəlməli, iqtisadi davamlılığı gücləndirməli və bazarları qorumalıdırlar.
Dövlət katibi diplomatların və siyasi liderlərin üzərinə mühüm rol düşdüyünü izah edib. O bildirib ki, onların vəzifəsi öz ölkələrinin adından birlikdə çalışmaq, böhranlara reaksiyanı razılaşdırmaq və ümumi maraqları qorumaqdır.
Bununla yanaşı, Rubio görüşün plenar sessiyasında iki məsələni — gəmiçilik azadlığını və ərzaq təhlükəsizliyini müzakirə edəcəklərini bildirib.