Marko Rubio – Donald Trampın bəyanatı Amerika Birləşmiş Ştatlarının Qəzzanın yenidən qurulmasına cavabdeh olmaq təklifi və hazır olmasıdır
Prezident Trampın dünən dedikləri Amerika Birləşmiş Ştatlarının Qəzzanın yenidən qurulmasına cavabdeh olmaq təklifi və hazır olmasıdır – ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın Amerika Birləşmiş Ştatlarının Qəzza sektoruna görə məsuliyyəti öz üzərinə götürməyə hazır olması ilə bağlı bəyanatına belə münasibət bildirib.
Qvatemalada keçirilən mətbuat konfransında danışan Rubio bunun unikal təklif olduğunu qeyd edib.
O, bunun düşmənçilik addımı olmadığını və təfərrüatların hələ də dəqiqləşdiriləsi olduğunu bildirib.
“Prezident Trampın dünənki bəyanatı aşağıdakı faktın etirafıdır: Qəzzaya ciddi ziyan dəyib. Şəkillərə baxsanız, orada nə baş verdiyini görərsiniz. Yenidənqurma üçün milyardlarla dollar lazımdır. Bəzi ərazilər indi və yaxın gələcəkdə yaşayış üçün yararsız hala düşüb. Bu, unikal təklifdir və dünyanın heç bir ölkəsi bunun oxşarını belə təklif etməyib. Fikrimcə, bu barədə ciddi düşünməlidirlər. Bu düşmənçilik addımı deyildi. Bu, çox səxavətli addım idi: o yerin bərpası və yenidən qurulmasına rəhbərlik etmək təklifi” – Rubio qeyd edib.