Marko Rubio Danimarka və Qrenlandiya ilə Qrenlandiya adasında hərbi əməkdaşlığa dair danışıqların yaxşı getdiyini bildirir
Marko Rubio Danimarka və Qrenlandiya ilə Qrenlandiya adasında hərbi əməkdaşlığa dair danışıqların yaxşı getdiyini bildirir

 

ABŞ dövlət katibi Marko Rubio Danimarka və Qrenlandiya ilə Qrenlandiya adasında hərbi əməkdaşlığa dair danışıqların yaxşı getdiyini bildirir.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Delaver ştatından olan nümayəndə Rubiodan: “Qrenlandiyanın Danimarkanın bir hissəsi olduğunu bilirsinizmi?” – deyə soruşub. ABŞ-nin dövlət katibi isə bu suala “hələlik” deyə cavab verib.

“Biz real olaraq Qrenlandiya və Danimarka ilə Qrenlandiyanın kollektiv müdafiə məqsədilə istifadə olunmasına dair danışıqlar aparırıq. Bu, raketdən müdafiə sisteminin vacib bir hissəsidir. Düşünürəm ki, indi danışıqlar yaxşı gedir və müəyyən mərhələdə kifayət qədər yaxşı xəbərlərimiz olacaq” – Marko Rubio bildirib.

ABŞ dövlət katibi Donald Trampın ABŞ qüvvələrinin Qrenlandiyada yerləşdirilməsi ilə bağlı mövcud razılaşmaların yetərli olmadığı və əraziyə sahib olmağın müdafiəni asanlaşdıracağı ilə bağlı mövqeyini bölüşdüyünü bildirib.