Marko Rubio - Çinin xarici işlər naziri ilə görüş çox konstruktiv və müsbət idi, lakin hər iki tərəfin hələ də həll etməli olduğu məsələlər var
Çinin xarici işlər naziri ilə görüş çox konstruktiv və müsbət idi, lakin hər iki tərəfin hələ də həll etməli olduğu məsələlər var – bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubionun qeyd etdiyi kimi, prezident Donald Tramp və onun çinli həmkarı Si Dzinpin arasında görüş ehtimalı yüksəkdir, lakin tarix hələ müzakirə olunmayıb.
“Nəticədə, nə olursa olsun, ABŞ və Çin münasibətlərini qoruyub saxlamalıdır. Biz ünsiyyət qurmalıyıq, bir-birimizlə ünsiyyət qurmağı bacarmalıyıq. Ölkələrimizin xarici işlər nazirləri üçün söhbətə qoşulmamaq sadəcə olaraq mümkün deyil. Mən şadam ki, bu gün bu görüşü keçirdik. Görüləcək çox iş var. Heç kim demir ki, bu asan olacaq, lakin bəzi məsələlərdə işləmək üçün müəyyən imkanlarımız var ki, münasibətlərimizdə impuls yarada bilək. Bugünkü görüşümüz müzakirə və ya məsələlərin həlli deyildi. Məsələ daha çox konstruktiv başlanğıc nöqtəsinin yaradılması ilə bağlı idi, burada çoxsaylı sahələrdə, o cümlədən ticarət sahəsində, amma ticarətdən kənar da söhbəti davam etdirə biləcəyik” – Marko Rubio qeyd edib.