Marko Rubio Çin Prezidenti Si Dzinpinin sentyabrda ABŞ-a səfərinin plana uyğun şəkildə baş tutacağını bildirir
ABŞ dövlət katibi Marko Rubio Çin Prezidenti Si Dzinpinin sentyabrda ABŞ-a səfərinin plana uyğun şəkildə baş tutacağını bildirib.
Rubio bildirib ki, ABŞ və Çin kimi iki güclü dövlət arasında hər zaman razılığa gələ bilməyəcəkləri məsələlər olacaq.
“Biz bu səfərin sentyabrda baş tutacağını gözləyirik. Onlar hazırlıq məqsədilə öz heyətlərini göndərməyə davam edirlər. Əksini göstərən heç nə eşitməmişəm. Onların gəlməyəcəyini düşünmək üçün heç bir əsasım yoxdur. Birləşmiş Ştatlar və Çin kimi iki böyük, güclü ölkə olduqda, hər zaman qıcıqlandırıcı məsələlər olacaq. Həmişə razılaşmadığımız şeylər olacaq, lakin düşünürəm ki, bizim kimi güclü və mühüm ölkələr üçün danışıqları davam etdirmək və münasibətləri qoruyub saxlamaq öhdəlikdir. Biz buna bir-birimizin, xalqlarımızın və bütün dünyanın qarşısında borcluyuq” – Marko Rubio jurnalistlərlə söhbətində izah edib.
Jurnalistin görüşdə Trampın Çinin ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı ittihamlarının müzakirə olunub-olunmayacağı barədə sualına Rubio konkret cavab verməkdən çəkinib. O, həssas mövzu olduğu üçün bu cür məsələləri mətbuat konfransında heç vaxt açıq şəkildə müzakirə etmədiyini deyib.