Marko Rubio – Bu mərhələdə Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həlli perspektivi görünmür
ABŞ-nin dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Rusiya-Ukrayna müharibəsi strateji dalandadır və oradan çıxış həm danışıqlar, həm də eskalasiya yolu ilə mümkündür.
Bu barədə məlumatı “Evropeiska Pravda” yuna mediasına istinadən yayır.
Rubio media ilə söhbətində həmçinin, Rusiyanın Donbas üzərində tam nəzarətin ələ keçirilməsini tələb etdiyini, Ukraynanın isə bununla razılaşmadığını bildirib. O, diplomatik cəhdlərin uğursuzluğunun səbəbinin məhz bu olduğunu deyib.
“Bu mərhələdə danışıqlar yolu ilə həll perspektivi görünmür. Biz buna nail olmaq üçün istənilən rolu oynamağa hazırıq. Keçmişdə bunu artıq sınamışıq, lakin məqsəd əlçatmaz olaraq qalır, çünki ruslar Donbas üzərində tam nəzarət tələb edirlər, bunu da Ukrayna qəbuledilməz hesab edir” – ABŞ-nin dövlət katibi bildirib.
Marko Rubio Rusiya-Ukrayna müharibəsindən danışarkən mümkün eskalasiyaya da münasibət bildirib və Qara dənizdə dronlarla gəmilərə edilən yeni hücumlarla bağlı narahatlığını ifadə edib.