Marko Rubio – Böyük Britaniya və Avropanın böyük hissəsində uzun müddətdir daxili siyasət İsrailə qarşı yönəlib, Fələstin dövlətinin tanınması rəmzidir, onlar bunu daxili siyasətə görə edirlər

10:40, 13.08.2025

 

ABŞ dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Fələstin dövlətini tanımağı planlaşdıran Qərb ölkələri bunu əsasən daxili siyasi vəziyyətdən irəli gələrək edirlər.

“Bu rəmzidir və onlar bunu bir səbəbdən – daxili siyasətə görə edirlər. Böyük Britaniya, Fransa, Avropanın böyük hissəsi və İrlandiyada uzun müddətdir daxili siyasət İsrailə qarşı yönəlib və onlar nəsə etmək üçün böyük daxili təzyiqə məruz qalırlar” – Rubio bildirib.

Marko Rubionun sözlərinə əsasən, regionun gələcəyi BMT-nin qətnamələri və liderlərin bəyanatları ilə deyil, Fələstin ərazilərinin idarəçilərinin artıq terror təşkilatı olmadığı zaman həll olunacaq.

Oxşar