Marko Rubio – bir neçə Avropa lideri bildirib ki, İran müharibəsi Avropanın müharibəsi deyil, Ukrayna da Amerikanın müharibəsi deyil, lakin buna baxmayaraq, biz bu mübarizədə istənilən digər ölkədən daha çox töhfə vermişik
ABŞ-dan Ukraynada gedən müharibə ilə bağlı yardım istəyirlər, lakin ABŞ-ın özünə kömək lazım olanda Donald Tramp müsbət cavab almayıb. Bu, prezidentin gələcəkdə nəzərə alacağı məsələ olacaq, – bunu ABŞ-ın dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, Rusiya hazırda diqqətini öz müharibəsinə yönəldib və İrana dəstək verməyə fokuslanmayıb.
‘ABŞ-dan başqa qitədə – Ukraynada gedən müharibə üçün yardım istəyirlər və biz bu istiqamətdə digər istənilən ölkədən daha çox iş görmüşük. Lakin ABŞ-ın özünə kömək lazım olanda Donald Tramp müsbət cavab almayıb. Bir neçə Avropa lideri bildirib ki, İran müharibəsi Avropanın müharibəsi deyil. Ukrayna da Amerikanın müharibəsi deyil, amma buna baxmayaraq, biz bu mübarizədə digər istənilən ölkədən daha çox töhfə vermişik. Bu, prezidentin gələcəkdə nəzərə alacağı məsələ olacaq’, – deyə Rubio qeyd edib.