Marko Rubio – Bəzi beynəlxalq ictimaiyyət üzvləri müharibənin sona çatdırılması cəhdlərini tənqid edir, amma biz bunu edəcəyik, çünki rolumuz və iştirakımız pozitiv olduğu müddətdə davam edəcək
Marko Rubio – Bəzi beynəlxalq ictimaiyyət üzvləri müharibənin sona çatdırılması cəhdlərini tənqid edir, amma biz bunu edəcəyik, çünki rolumuz və iştirakımız pozitiv olduğu müddətdə davam edəcək

“Biz kimsəni istəmədiyi bir razılaşmaya razı salmağa çalışmırıq”, – bunu ABŞ Dövlət katibi Marko Rubio Macarıstanın Baş naziri Viktor Orban ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Rubionun sözlərinə görə, bu müharibə fövqəladə dərəcədə dağıdıcıdır və mümkün qədər tez bitməlidir.

“ABŞ hər iki tərəfi danışıqlar masasına gətirə bildi. Keçən həftə Yaxın Şərqdə texniki səviyyədə hər iki tərəfin yüksək rütbəli hərbi nümayəndələri faktiki olaraq eyni masada oturdular. Bu həftənin sonunda Cenevrədə danışıqları yenidən davam etdirəcəyik. Mən bunu çox pozitiv hadisə hesab edirəm, amma onu da qeyd edəcəyəm ki, biz yalnız bir şeyi etməyə çalışırıq – əgər mümkündürsə, razılaşmanın əldə edilməsində müəyyən rol oynamaq. Biz kimsəyə razılaşmanı zorla qəbul etdirmirik, istəmədiyi razılaşmaya məcbur etmirik. Sadəcə kömək etmək istəyirik, çünki hesab edirik ki, bu müharibə fövqəladə dərəcədə dağıdıcıdır. Biz hesab edirik ki, bu müharibə heç başlamamalı idi və mümkün qədər tez sona çatmalıdır. Bu, mən gördüyüm nadir müharibələrdən biridir ki, bəzi beynəlxalq ictimaiyyət üzvləri onun sona çatdırılmasını tənqid edir, amma biz bunu edəcəyik, çünki rolumuz və iştirakımız pozitiv olduğu müddətdə davam edəcək”, – deyə Rubio bildirib.