Marko Rubio Beynəlxalq Məhkəmənin dörd hakiminə sanksiyalar tətbiq etdi
ABŞ-nin dövlət katibi Marko Rubio Beynəlxalq Məhkəmənin hakimlərinə qarşı ABŞ-nin yeni sanksiyalarını elan etdi. Bu barədə Marko Rubio sosial şəbəkədə yazır.
Rubio, sanksiyaların amerikalılara və israillilərə qarşı davam edən təhdidə cavab olaraq tətbiq olunduğunu bildirib.
“Beynəlxalq Məhkəmə milli suverenliyə məhəl qoymamağa və amerikalı və israilli vətəndaşlara qarşı istintaq, həbs, saxlanma və cinayət təqibi cəhdləri ilə hüquqi hücumları davam etdirir. Buna cavab olaraq, Beynəlxalq Məhkəmənin daha dörd nümayəndəsinə sanksiyalar tətbiq edirəm. Biz, amerikalılara və israillilərə qarşı Beynəlxalq Məhkəmənin mənəvi cəhətdən əsassız və hüquqi baxımdan əsaslandırılmamış hərəkətlərinə görə məsuliyyət daşıyan hər kəsi məsuliyyətə cəlb etməyə davam edəcəyik” – Rubio yazır.