Marko Rubio - Azərbaycan və Ermənistanın Vaşinqtonda avqustun 8-də imzalayacağı sənəd sülh sazişinin başlanğıcı olacaq
Azərbaycan və Ermənistanın Vaşinqtonda avqustun 8-də imzalayacağı sənəd sülh sazişinin başlanğıcı olacaq – bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubionun qeyd etdiyi kimi, Donald Tramp sülhə sadiqdir.
“Sülhün daha geniş məsələsi ilə əlaqədar, prezident sülhə sadiqdir və sülhün prezidenti olmağa sadiqdir. Azərbaycan və Ermənistana gəlincə, avqustun 8-də biz saziş imzalamaq üçün burada olacağıq, bu da sülh sazişinin başlanğıcı olacaq” – Marko Rubio qeyd edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamənin imzalanması gözlənilir.