Marko Rubio - Amerika Birləşmiş Ştatları adından gürcü xalqını milli gün münasibətilə təbrik edirəm, ABŞ, Gürcüstanın təhlükəsiz və çiçəklənən gələcəyə yönəlmiş istəklərinə uyğun olan tərəfdaşlığa sadiq qalır

ABŞ dövlət katibi Marko Rubio Amerika Birləşmiş Ştatları adından gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edir.

Marko Rubionun ABŞ Dövlət Departamentinin səhifəsində dərc olunmuş təbrik mətnində qeyd edildiyi kimi, Amerika Birləşmiş Ştatları Gürcüstanın təhlükəsiz və çiçəklənən gələcəyə yönəlmiş istəklərinə uyğun olan tərəfdaşlığa sadiq qalır.

“Amerika Birləşmiş Ştatları adından gürcü xalqını bu milli gün münasibətilə təbrik edirəm. Otuz ildən artıq müddət ərzində millətlərimiz arasında dostluq və tərəfdaşlıq demokratiya, suverenlik və daha yaxşı gələcəyə can atmaq kimi ortaq dəyərlər üzərində qurulurdu. Bu gün biz gürcü xalqının gücünü və dözümlülüyünü, eləcə də aramızdakı möhkəm əlaqələri qeyd edirik. Gürcü xalqının azadlığa və müstəqilliyə olan sevgisi və sədaqəti ilhamvericidir. Amerika Birləşmiş Ştatları Gürcüstanın təhlükəsiz və çiçəklənən gələcəyə yönəlmiş istəklərinə uyğun olan tərəfdaşlığa sadiq qalır” – Marko Rubio qeyd edir.