Marko Rubio – Altı həftəlik müzakirədən sonra biz USAID-in proqramlarının 83 faizini rəsmən ləğv edirik
Altı həftəlik müzakirədən sonra biz USAID-in proqramlarının 83 faizini rəsmən ləğv edirik – bu haqda ABŞ-nin dövlət katibi Marko Rubio sosial şəbəkədə yazır.
“İndi ləğv edilmiş 5200 müqavilə ilə on milyardlarla dollar elə xərclənirdi ki, Amerika Birləşmiş Ştatlarının əsas milli maraqlarına xidmət etmirdi (bəzi hallarda hətta zərər vururdu). Konqreslə məsləhətləşərək, Dövlət Departamenti tərəfindən proqramların qalan 18%-nin (təxminən 1000 müqavilə) daha effektiv idarə edilməsi niyyətindəyik. Hökumətin Səmərəliliyi Departamentinə və bu çoxdan ehtiyac duyulan və tarixi islahata nail olmaq üçün uzun saatlar ərzində işləyən zəhmətkeş əməkdaşlarımıza təşəkkür edirik” – Marko Rubio yazır.