Marko Rubio – Açığını desək, bu, nüvə gücləri arasında, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında, ABŞ-nin Ukraynaya yardım etdiyi vəkalət müharibəsidir

12:39, 06.03.2025

 

Açığını desək, bu, nüvə gücləri arasında, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında, ABŞ-nin Ukraynaya yardım etdiyi vəkalət müharibəsidir, bu müharibə bitməlidir – bu haqda ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

Marko Rubionun dediyi kimi, Amerika Birləşmiş Ştatları Ukraynaya kömək edir.

“Prezident Tramp bunu uzanmış, dalana dirənmiş münaqişə kimi qiymətləndirir. Heç kimin onu bitirmək ideyası və ya planı yoxdur. İndiyə qədər ukraynalılar və onların müttəfiqlərinin planı belə idi, gəlin sadəcə olaraq onlara nə qədər lazımdırsa, verməyə davam edək. Bu, strategiya deyil” – Marko Rubio bildirib.

ABŞ-nin dövlət katibi qeyd edib ki, Ukraynada müharibəni bitirmək “hər iki tərəfdən güzəştlər tələb edəcək”.

“Prezident sülhə gedən yolun olub-olmadığını aydınlaşdırmağa çalışır. Hər iki tərəfi, rusları və ukraynalıları cəlb etməliyik. Mən ürəkdən inanıram ki, bu, onu bitirmək üçün yol tapmalı olduğumuz münaqişədir. Bu hər iki tərəfdən güzəştlər tələb edəcək, lakin hər ikimiz onları danışıqlar masasına oturtmalıyıq. Aydındır ki, ukraynalılar orada olmalıdırlar. Bu onların ölkəsidir. Ruslar danışıqlar masası arxasında olmalıdırlar və bunu yalnız prezident Tramp edə bilər. Məqsəd bu idi, məqsəd olaraq qalır və biz indi diqqətimizi buna yönəltmişik” – Marko Rubio bildirib.

Oxşar