Marko Rubio - ABŞ Ukraynadakı müharibənin başa çatmasına töhfə vermək üçün hər şeyi etməyə hazırdır, ümid edirəm ki, müəyyən məqamda bu rolu yerinə yetirmək üçün yenidən fürsət ortaya çıxacaq
ABŞ dövlət katibi Marko Rubio Kiyevə edilmiş genişmiqyaslı hücuma münasibət bildirir.
O, ABŞ-nin müharibənin başa çatmasına töhfə vermək üçün hər şeyi etməyə hazır olduğunu deyib.
“Bu müharibələrdə bax nə baş verir. Bu, şiddətlənməyə davam edir. Bir tərəfdən güclü zərbə endirilir və buna cavab olaraq daha böyük bir zərbə gəlir. Hər zaman bu və ya digər tərəfdən belə böyük zərbələr görəndə bu, artıq İkinci Dünya Müharibəsindən də uzun sürən və bitməli olan bu müharibənin niyə dəhşətli olduğunu xatırladır. ABŞ bu müharibənin başa çatmasına töhfə vermək üçün hər şeyi etməyə hazırdır. Ümid edirəm ki, müəyyən məqamda bu rolu yerinə yetirmək üçün yenidən fürsət ortaya çıxacaq” – Marko Rubio bildirib.
Məlumat üçün bildirək ki, mayın 24-də Rusiya Kiyevə ballistik raketlər və dronlarla hücum edib.